Türkiyə İrana sərt cavab verdi.

Oxunma sayı: 369
12-12-2020, 19:33

Türkiyə İrana sərt cavab verdi.
Türkiyə son günlər İran mətbuatının Türkiyəyə qarşı yazdıqları və apardıqları təbliğata görə İran səfiri Xarici İşlər Nazirliyinə çağırıldı.Ona İran İslam Respublikasının XİN Cavad Zərifə bəzi məsələləri çatdırıldı.
Arasdırm.info TRT- yə istinadən xəbər verir ki,Tükiyə Cümmurbaşqanı Ərdoğanın Bakıdakı çıxışı İran tərəfini narahat edib və Xarici İşlər Naziri Cavad Zərif öz tvitter səhifəsində Ərdoğana mesaj göndərib:
" Ərdoğana deməyiblər ki, Bakıda söylədiyi şeir Arazın ana vətən İrandan zorla ayrılmış şimal hissəsinə aiddir? Görəsən, o, Azərbaycan Respublikasının suverenliyi əleyhinə danışdığını da anlamayıb? HEÇ KƏS BİZİM əziz Azərbaycan haqqında söz deyə bilməz!”
Nazirin bu reaksiyasından sonra Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə dəvət edilərək ona rəsmi etiraz çatdırılıb və izahat tələb edilib.

Paylaş
Xəbər lentİ