Koronavirusa görə dostunu pəncərədən atdı

Oxunma sayı: 317
12-02-2021, 16:30

Koronavirusa görə dostunu pəncərədən atdı
Ulyanovsk sakini yeyib-içdikdən sonra 65 yaşlı dostunun evində gecələmək üçün qalıb.

Arasdırma.info Rusiya mediasına istinadla verdiyi xəbərə görə, içkili kişi hansısa məqamda qonağını Roza Lüksemburq küçəsində 5-ci mərtəbədəki evinin pəncərəsindən atıb. Zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ölənin narkotik qəbul etdiyi, buna görə burnundan qan gəldiyi bildirilir. Qonaqpərvər ev sahibi isə düşünüb ki, qonağı koronavirusa yoluxub. Onun məhz bu səbəbdən kişini pəncərədən atdığı söylənilir. //lent.az

Paylaş
Xəbər lentİ