Rusiyadan ABŞ-a qadağa - 8 məmur "qara siyahı"da

Oxunma sayı: 269
16-04-2021, 19:45

Rusiyadan ABŞ-a qadağa - 8 məmur "qara siyahı"da
Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub.

Arasdırma.info Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 8 ABŞ vətəndaşına Rusiya ərazisinə giriş qadağan olunub.

Sanksiya tətbiq olunanlar arasında ABŞ-ın Baş Prokuroru Merrik Qarland, Daxili İşlər naziri Aleksandr Mayorkas və Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal da var.

Bundan başqa, Moskva ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Suzan Raysa da ölkəyə girişi yasaqlayıb.

Paylaş
Xəbər lentİ