Amerikada azərbaycanlı qadının müəmmalı ölümü...

Oxunma sayı: 296
17-04-2021, 17:25

Amerikada azərbaycanlı qadının müəmmalı ölümü...
Amerikada azərbaycanlı qadın,Sevil Məmmədova zəhərlənmədən dünyasını dəyişib.Amma onun yaxınları məsələnin şübhəli olduğunu qeyd edirlər.
Arasdırma.info xəbər verir ki,bu barədə sosial şəbəkədə mərhumun yaxınları yazıb:

-Dəyərli dostlar, 2011-cı ildə Sevil Məmmədli ad,soyadlı bir həmyerlimiz ABŞ-ın Nyu-Cersi ştatında bir xəstəxanada vəfat edir,daha doğrusu göbələkdən zəhərlənərək öldü deyilir. Ailəsinə xəbər verilir və Sevilin qardaşı Bakıdan Amerikaya gəlir. Onun meyidini tapmaq üçün bir neçə gün morqları gəzməli olurlar və pərişan ailə Sevilin cənazəsini maddi problemlər səbəbi ilə Azərbaycana apara və ölümün hansı səbəbdən baş verdiyinə dair prosesləri izləyə bilmirlər. Sevil Nyu-Cersidə bir məzarlıqda dəfn olunur. Bu gün onun ölümünə dair xəstəxananın raporuna və dedektiv rəyinə baxdım, dəhşətə gədim.
Belə ki,sonradan məlum olur ki Sevil bir yaşlı erməni kişinin yanında baxıcı (caretaker) işləyirmiş. Nyu-York’da yaşayır və həftənin bir neçə günü Nyu-Cersi şəhərinə həmin qoca ermənin yanına gedirmiş. Göstərilirki o Nyu-York’da hansısa meşədən göbələk yığıb,bişirib yeyib.Xəstəxanaya erməninin evindən gətirilib və bilincsiz olub.
Sevil Azərbaycan Tibb Universitetinin məzunuymuş. Onun ölümünə dair çox qaranlıq məqamlar var və təəssüf ki,belə bir cinayət ört basdır olunub. Dostluğumda xeyli sayda uğurlu hüquqşünaslarımız var. Bu ölümün yenidən araşdırılmasına və bu qaranlıq cinayətin pərdə
arxasına işıq tutulması üçün hansı addımlar atıla bilər?
// kriminalpress
Amerikada azərbaycanlı qadının müəmmalı ölümü...

Paylaş
Xəbər lentİ