London kazinosunda 26 milyon uduzub "aradan çıxan" milyarder kimdir? - FOTO

Oxunma sayı: 243
29-08-2021, 23:51

London kazinosunda 26 milyon uduzub "aradan çıxan" milyarder kimdir? - FOTO
Londonun “Les Ambassadeurs” kazinosu çinli milyarderə qarşı məhkəmə iddiası qaldırıb və onun bir neçə il əvvəl uduzduğu milyonlarla dolları vermədiyini bildirir. İddiada məhkəmədən xahiş edilir ki, milyarderin aktivləri bloklansın.

Arasdırma.info virtualaz.org-a istinadən xəbər verir ki, milyarder Yu Sonqbo 2018-ci ilin aprelində “Les Ambassadeurs” kazinosunda 26 milyon dollar uduzub. Bir müddət sonra biznesmen kazino rəhbərliyi ilə borcun 3 milyon dollar azaldılması barədə razılığa gəlib və 10 milyon dollara yaxın ödəyib. Lakin daha sonra “yoxa çıxıb” və kazino nümayəndələri onunla təmas qura bilməyib, nəticədə məhkəməyə müraciət olunub.
“Les Ambassadeurs” kazinosu Londonda məşhurdur və bir çox Ceyms Bond filmlərində adı çəkilir. Bu kazino-kluba illik üzvlük haqqı 33 min dollardır.

Kazinoda uduzub pulu verməyən çinli milyarder isə Çində yerləşən “Herun Group” şirkətinin sahibidir, bu şirkət daşınmaz əmlak, enerji nəqli, gəmiqayırma, logistika və sənaye investisiyası kimi sahələrdə fəaliyyət göstərir.

Paylaş
Xəbər lentİ