Bu gün Beynəlxalq İtkinlər Günüdür

Oxunma sayı: 264
30-08-2021, 08:15

Bu gün Beynəlxalq İtkinlər Günüdür
Bu gün Beynəlxalq İtkinlər Günüdür.

"Report" xartırladır ki, avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.

Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə, Azərbaycan tərəfinə təqdim edilməyib.
Bu gün Beynəlxalq İtkinlər Günüdür
Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Əsir və girovların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, onların müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur ediblər. Həmçinin düşmən tərəfindən əsir və girov götürülən şəxslər biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur ediliblər.

Düşmən onları yaşına və cinsinə məhəl qoymadan dəhşətli işgəncələr altında və qeyri-insani şəraitdə saxlayıb. Onlar həmçinin Ermənistanda ağır cinayətlər törətmiş erməni əsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılaraq daha da ağır işgəncələrə məruz qalıblar. Təbii ki, ermənilərin əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdikləri vəhşiliklər sözlə ifadə olunmayacaq qədər ağırdır.

Unutmayaq ki, bu işgəncələri həyata keçirən düşmən tarixdə misli görünməmiş Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifi olub.

Ermənilər bununla da itkin düşmüş vətəndaşlarımızın işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ, azadlıq, toxunulmazlıq hüququ və yaşamaq hüququnu pozublar. Eyni zamanda, Ermənistan tərəfindən itkin düşmüş şəxslərin qohumları haqqında məlumat almaq hüququ pozulur.

Paylaş
Xəbər lentİ