Erməni rəsmilərə Xankəndiyə getmək QADAĞAN EDİLDİ

Oxunma sayı: 229
1-09-2021, 07:03

Erməni rəsmilərə Xankəndiyə getmək QADAĞAN EDİLDİ
Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyulub.

Arasdırma.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Xankəndidə separatçıların keçirəcəyi qeyri-qanuni tədbirlə bağlıdır.

Erməni portalları yazır ki, “Tarixdə ilk dəfə olaraq Qarabağın Müstəqillik Günü tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. Xüsusilə, sentyabrın 1-də parlamentin növbədənkənar iclası, ertəsi gün isə Qarabağ Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə Ermənistan Prezidenti Armen Sarkisyan, Nikol Paşinyan və Alen Simonyan olmayacaq”.

Qeyd edək ki, digər mənbələrə görə separatçı tədbirlərdə Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək./Konkret.az

Paylaş
Xəbər lentİ