Bakıda dəhşət: Müəlliməni öldürüb meyiti yandırdılar - FOTO+VİDEO

Oxunma sayı: 161
27-05-2022, 20:32

Bakıda dəhşət: Müəlliməni öldürüb meyiti yandırdılar  - FOTO+VİDEO
Bakıda mənzildə yanğın zamanı meyiti aşkarlanan 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının qətlə yetirildiyi məlum olub.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, araşdırılma zamanı qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, mayın 26-da paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.//oxu24

Paylaş
Xəbər lentİ