Qazinin çənəsini qıran idmançı saxlanıldı

Oxunma sayı: 137
7-05-2023, 00:51

Qazinin çənəsini qıran idmançı  saxlanıldı
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi N.Babayevə xəsarət yetirən Rəvan Nəbizadə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 2 maddəsilə cinayət işi başlanılıb.

Arasdırma.info xəbər verir ki, qazinin çənəsini sındıran Rəvan Nəbizadə peşəkar idmançı imiş. Rəvan Nəbizadənin saxlanılma görüntülərini təqdim edirik:

Qeyd edək ki, xəsarət alan qazi Namiq Babayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşıdır. O, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.//metbuat.az

Paylaş
Xəbər lentİ