Ağstafada bədbəxt hadisə baş verib.
Arasdırma.info APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ölən ər və arvadın fotosunu təqdim edirik:
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70