Piyadanı vuraraq öldürən sürücünün hadisədən sonra ÜRƏYİ DAYANDI

Oxunma sayı: 322
11-12-2020, 22:49

Piyadanı vuraraq öldürən sürücünün hadisədən sonra ÜRƏYİ DAYANDI
Tovuzda piyadanın ölümünə səbəb olan sürücü, Şəmkir rayonunun Duyərli kənd sakini, 1988-ci il təvəllüdlü Röyal İmanov hadisədən sonra vəfat edib.

Arasdırma.info xəbər verir ki,məlumata görə, o, hadisədən sonra özünü pis hiss edib

İlkin məlumata görə, avtomobilin sürücüsü ürəktutmasından dünyasını dəyişib.

***

21:26

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Arasdırma.info xəbər verir ki,məlumata görə,, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətə olan minik maşını ortayaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.//APA

Paylaş
Xəbər lentİ