Abşeronda ər arvadının boğazını kəsib - QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Oxunma sayı: 320
14-12-2020, 15:42

Abşeronda ər arvadının boğazını kəsib - QANLI CİNAYƏTİN TƏFƏRRÜATI
Abşeron rayounda keçmiş arvadının boğazını kəsərək öldürməyə cəhddə təqsirli bilinən Nahid Bayramovun cinayət işi.
Arasdırma.info xəbər verir ki, hadisə bu ilin yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Nahid Bayramov isə könüllü polisə gələrək təslim olub.
İş üzrə dindirilən Nahid Bayramov istintaqa ifadəsində bildirib ki, Gülgəz Əliyeva onun keçmiş həyat yoldaşıdı. 2017-ci ildə rəsmi boşansalar da, münasibətlərini ər-arvad kimi davam etdiriblər. 2019-cu ilin avqust ayında evə gələndə Gülgəzin başqa şəxslər danışdığını görüb. Yanvar ayının əvvəllərində işləmək üçün rayona gedib və ona mütəmadi pul göndərib. Yanvarın 17-də Gülgəzə zəng edəndə müsiqi səsini eşidib və onun başqa yerdə olduğunu hiss edib. Yanvarın 19-da evə gələndə keçmiş arvadı ona 7 aydır başqa şəxslər yaşadığını deyib və qapını açmayıb. Keçim arvadı polisə zəng etdiyi üçün polis əməkdaşları gəlib onu bölməyə aparıblar. Onunla söhbət aparıldıqdan sonra səha müvəkkilinin yanına getmək üçün sərbəst buraxıblar. "Ayın 20-də sahə rəisinin yanında oldum. Ordan çıxıb Xırdalan dairəsinin yanına çatmışdım ki, Gülgəz zəng eləyib mənə dedi ki, məndə sahə rəisinin yanına gəlirəm orda söhbət edərik. Ora gələndə Gülgəzdə bacısı ilə gəlmişdi. Onların dalınca gedib Gülgəzi çagırdım".

Nahid Bayramov daha sonra bildirib ki, Gülgəzin bacısı onların söhbət etmələri üçün 1-2 metr kənara çəkilib. Aldadıb ondan pul almasına baxmayaraq başqası ilə birlikdə olduğunu dedikdə qadın yaxşı elədiyini, onun puluna qalmadığını və kişi olmadığını bildirib." O vaxt şalvarın belində olan bıçağı açdım sol əlimlə onun qolundan tutub özümə çəkdim. Əlimdəki bıçaqla boğazına zərbə vurdum. Gülgəz əlimdən çıxıb yola tərəf qaçdı. Sonra yolun kənarında taksiyə əyləşib polisə gəldim".

Nahid Bayramov ifadəsində əlavə edib ki, keçmiş arvadına qorxutmaq üçün bir dəfə bıçaqla zərbə vurub. Onu qətlə yetirmək niyyəti olmayıb.

Məhkəmə iclasında Nahid Bayramov CM-nin 29.120.1-ci maddəsi ilə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilən şəxslə barışıb.

Məhkəmə Nahid Bayramovun təqsirli bilindiyi cinayət əməlinin qəsdən törətməsi qənaitinə gəldiyindən onun qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayıb.

Sonda məhkəmənin hökmü ilə cəzasını ciddi rejimdə çəkməklə Nahid Bayramov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.//"Ölkə.Az"

Paylaş
Xəbər lentİ