Salyanda çaqqal sakinə hücum etdi

Oxunma sayı: 317
24-12-2020, 21:32

Salyanda çaqqal sakinə hücum etdi
Salyan rayonunda çaqqal 35 yaşlı sakinə xəsarət yetirib.

Arasdırma.info xəbər verir ki, hadisə axşam saatlarında Xələc kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Cəlilov Ramil Bədrəddin oğlu evinin həyətində olarkən caqqalın hücumuna məruz qalıb. Yırtıcı heyvan onun sağ baldır nahiyəsinə xəsarət yetirib. Ramil Cəlilov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona quduzluğa qarşı peyvənd vurulub.//report

Paylaş
Xəbər lentİ