Ata qızını öldürüb, intihar etdi - Salyanda faciə

Oxunma sayı: 341
29-12-2020, 15:37

Ata qızını öldürüb, intihar etdi - Salyanda faciə
Salyanda qətl törədən şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə məlumat daxil olub

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb.

Araşdırma davam etdirilir.//Pia.az

Paylaş
Xəbər lentİ