Mahir Emreli ilə bağlı "Dinamo"ya şad xəbər

Oxunma sayı: 126
27-01-2023, 21:04

Mahir Emreli ilə bağlı "Dinamo"ya şad xəbər

"Dinamo"nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç Mahir Emrelinin son durumu barədə açıqlama verib.


Arasdırma.info xəbər verir ki, 70 yaşlı mütəxəssis hücumçunun zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu bildirib. O, Mahirin XIX turda "Lokomotiva"ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

26 yaşlı forvard forvard belindəki ağrı səbəbi ilə əvvəlki iki məşqi buraxmışdı.

Qeyd edək ki, yanvarın 28-də oynanılacaq "Dinamo" - "Lokomotiva" matçı Bakı vaxtı ilə saat 20:10-da baş tutacaq.//Offsideplus.az

Paylaş
Xəbər lentİ