“Real” Barselonadan qələbə ilə ayrılıb

Oxunma sayı: 912
29-06-2020, 04:06

“Real” Barselonadan qələbə ilə ayrılıb
İspaniya La Liqasında XXXII turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, turun 4 qarşılaşması baş tutub.

“Levante” məhsuldar keçən oyunda “Betis”i 4:2 hesabı ilə yenib. “Vilyarreal” “Valensiya”nın qapısından iki cavabsız top keçirib.

“Qranada” öz meydanında “Eybar”a uduzub. Günə “Espanyol” və “Real” arasında duellə yekun vurulub. Barselonada autsayderi minimal hesabla məğlub edən Madrid klubu Kataloniyanın digər təmsilçisini iki xal arxada qoyub.

Qeyd edək ki, tura iyunun 29-da yekun vurulacaq.

Paylaş
Xəbər lentİ