“Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu

Oxunma sayı: 287
16-05-2021, 00:35

“Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu
Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Beşiktaş" doğma meydanda "Göztəpə"ni qəbul edib.

Arasdırma.info Trend-ə istinadən bildirir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq 16-cı dəfə Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.

Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.

Paylaş
Xəbər lentİ