Parlamentin buraxılması nə ilə izah ediləcək? – Ekspert açıqladı

Oxunma sayı: 88
21-06-2024, 08:21

Parlamentin buraxılması nə ilə izah ediləcək? – Ekspert açıqladı
“Bu halda Prezident növbədənkənar seçkilər təyin edəcək...”

“Konstitusiyanın 98.1-ci maddəsinə görə Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Milli Məclisinin həll etdiyi məsələlər) maddələrində və 96-cı maddəsinin (Qanunvericilik təşəbbüsü hüququ) II, III, IV və V hissələrində, 97-ci maddəsində (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır”.

Arasdırma.info xəbər verir ki,bunu “AzPolitika”-ya şərhində Hüquq və İnkişaf Mərkəzinin rəhbəri, hüquqşünas Hafiz Həsənov Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qapalı toplantısında qəbul edilən növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etmək qərarını şərh edərkən bildirib.

Parlamentin buraxılması nə ilə izah ediləcək? – Ekspert açıqladı

Ekspertin sözlərinə görə, belə nəticəyə gəlmək olar ki, qanunverici hakimiyyət orqanı Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini və vəzifələri icra edə bilmir və bunu yaradan, aradan qaldırıla bilinməyən səbəbləri var: “Müşahidələr göstərir ki, indiki halda bu əsasların heç biri baş verməyib. YAP-ın İdarə Heyəti tərəfindən belə bir qərar qəbul edilərkən də, hələ ki, bu əsaslar barədə hər hansı açıqlama yoxdur. Hesab edirəm ki, indiki halda da parlamentin buraxılması bundan əvvəl olduğu kimi real hüquqi əsaslarla deyil, subyektiv mülahizələrlə izah ediləcək. Fikrimcə, bu hal, daha çox Konstitusiyanın dolayısı ilə 94-cü və 95-ci maddələri ilə əsalandırılacaq, parlamentin səmərəli işləməməsi ilə izah ediləcək. Yəqin ki, parlamentdəki qərarların qəbulunda həlledici səs imkanlarına malik YAP deputatları bu məsələni Milli Məclisin plenar iclasının gündəliyinə çıxaracaq və Prezidentə parlamentin buraxılması barədə müraciət etməklə bağlı qərar qəbul ediləcək. Bundan sonra isə Prezident parlamenti buraxacaq və Konstitusiyanın 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq növbədənkənar parlament seçkilərini təyin edəcək”.

Hafiz Həsənov onu da qeyd edib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyanın müvafiq maddəsində göstərilən əsasların yaranıb-yaranmaması barədə Konstitusiya Məhkəməsinin rəyi tələb olunmur.

“Halbuki məsələ ictimai əhəmiyyət daşıyan qanunverici hakimyyət orqanın buraxılmasından gedir”, - o, vurğulayıb.

Paylaş
Xəbər lentİ