Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu

Oxunma sayı: 8
31-12-2024, 19:24

Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu
Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Arasdırma.infoxəbər verir ki, məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.
Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Qeyd edək ki, Əfsər Mirzəliyev Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun müavini vəzifəsində çalışır.//Bakupost

Paylaş
Xəbər lentİ