Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını TƏSDİQLƏDİ

Oxunma sayı: 299
21-05-2021, 07:50

Paşinyan Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını TƏSDİQLƏDİ
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mühüm açıqlama verib.

Arasdırma.info modern.az-a istinadən xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib.

Nikol Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi – Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib.

“Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”,- deyə Paşinyan sual edib.

Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi.

Minasyan Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq etmişdi.

Paylaş
Xəbər lentİ