Saleh Məmmədovun səlahiyyətləri əlindən alınıb...- Saleh Məmmədovla Ziyəddin Əliyevin şərikli Vyana biznesi ...

Oxunma sayı: 314
1-07-2021, 09:05

Saleh Məmmədovun səlahiyyətləri əlindən alınıb...- Saleh Məmmədovla Ziyəddin Əliyevin şərikli Vyana biznesi ...
Saleh Məmmədovun saldığı yollar dünyada ən baha və ən keyfiyyətsizdir...

Ziyəddin Əliyev 1-ci müavini Aydəmir Manafovu Saleh Məmmədovun sifarişi ilə çıxardı...


Qubanın icra başçısı Ziyəddin Əliyevlə bağlı mediada “bəy tərifi”nə rast gələndə məəttəl qaldım. Müəllif az qala ölkədə görülən müsbət işləri Ziyəddin Quliyevin adı ilə bağlayır. Axı, Prezidentin göstərişi olmadan Qubada olimpiya-idman kompleksi, mülicə-diaqnostika mərkəzi, elektrik stansiyası tikilə bilməzdi.
Ziyəddin Əliyev bütün bunları öz adına bağlayır və müəllif yazır: “ Ziyəddin Əliyev rayona başçı təyin olunduğu vaxtdan bəri, Qubanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslər əhalinin sevincinə, ruh yüksəkliyinə səbəb olur”.
Deyəsən, Ziyəddin Quliyev özünü “padişah-zad” hesab edir.
Bu adam başa düşmür ki, Saleh Məmmədovun çətiri altında uzun müddət “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, sonra “Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışandan sonra Qubaya başçı təyin olunub. Və “Azəravtoyol”un rəhbəri Saleh Məmmədovla o zaman milyonları mənimsəyiblər. Əslində bu gün də Saleh Məmmədovla Ziyəddin Quliyevin xaricdə birgə biznesləri var.
Daha dəqiq desək, Saleh Məmmədovun cavan oğlu Sübhan Məmmədli ilə Ziyəddin Əliyevin Vyanada şərikli biznesləri, bahalı mülkləri var.
Saleh Məmmədovun isə tikdiyi 10 milyonluq yollar bir neçə ay sonra çökür və dövlət büdcəsindən yenidən pullar ayrılır. Yəni Saleh Məmmədov beynəlxalq yolları da standarta uyğun inşa etmir. Ona görə də Azərbaycanda salınan yollar dünyada ən bahalı və ən keyfiyyətsiz yollardır. Çünki yola ayrılan milyonları Saleh Məmmədov mənimsəyir, Nabranda, Göygöldə özü üçün 10-15 milyon dəyəri olan villalar tikir, ailəvi istirahət mərkəzləri alır və s.
Qubadakı villasının tikintisində rayonun icra başçısı Ziyəddin Əliyevin də rolu olub.
Saleh Məmmədov və Ziyəddin Əliyev təkcə biznes şəriki deyillər.
Həddini aşmış bu cütlük hətta kadr məsələlərini də birgə həll edirlər.
Məsələn, bu yaxınlarda Ziyəddin Əliyev 1-ci müavini Aydəmir Manafovu vəzifəsindən azad etdi.
Niyə ?
Çünki Saleh Məmmədovun Aydəmir Manafovla özəl münasibəti qaydasında deyildi.
Bəli, Saleh Məmmədov o qədər həddini aşıb ki, hətta Prezidentin səlahiyyətlərinə aid olan məsələyə də qarışır. Yəqin ki, bu məsələ Saleh Məmmədovu bitirəcək.Deyilənlərə görə, artıq onun heç öz qurumunda hörməti qalmayıb və səlahiyyətsiz biridir.//gundelikbakı

Paylaş
Xəbər lentİ