Üçtərəfli görüşü kim təşkil edir? - Avropa İttifaqı və Rusiya RƏQABƏTƏ girdi

Oxunma sayı: 247
20-11-2021, 19:00

Üçtərəfli görüşü kim təşkil edir? - Avropa İttifaqı və Rusiya RƏQABƏTƏ girdi
"Görüşlə bağlı çox maraqlı proseslər gedir. Avropa İttifaqı da anons verib ki, Şərq Tərəfdaşlığı sammitində Ermənistanla Azərbaycan liderlərinin görüşünü planlaşdırırlar" deyən politoloq Fərhad Məmmədov əlavə edib ki, Rusiya da belə bir görüşü istisna etmir.

Arasdırma.info xəbər verir ki,məlumata görə, bizim.media üçün açıqladığı fikirlərində politoloq həm də bildirib ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik uğrunda rəqabət artıq açıq şəkildə görünməkdədir.

Ermənistanın Rusiyanın təşkilatçılığı ilə üçtərəfli görüşdən imtina etməsi də Avropanın İrəvana təklifi ilə bağlıdır. Yəni, təkcə Rusiyanın vasitəçiliyi Paşinyan hökumətinin marağında deyil:

"Digər tərəfdən, delimitasiya və demarkasiya prosesinin başlanması ilə bağlı, eyni zamanda, nəqliyyat dəhlizləri, kommunikasiyaların açılması ilə əlaqədar ümumi razılıq var.

Bunun isə formaca yeni bir sənəd, yaxud bəyanat şəklində olacağı düşündürücüdür ki, proses necə davam edəcək? Kreml tərəflər arasında qəbul olunan sənədlərin Rusiya vasitəçiliyi ilə həyata keçirilməsini istəyir.
Avropa İttifaqı isə artıq yeni oyunçudur".

Paylaş
Xəbər lentİ