Keçmiş deputat yeni vəzifəyə təyin edildi

Oxunma sayı: 215
6-01-2022, 22:07

Keçmiş deputat yeni vəzifəyə təyin edildi
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Arasdırma.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifəyə Elçin Quliyev təyinat alıb.

Elçin Quliyev V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edib, daha əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Həmçinin, uzun illər bank və vergi sistemində rəhbər vəzifələrdə təmsil olunub.

Paylaş
Xəbər lentİ