Eldar Həsənovun hansı əmlakları müsadirə olunacaq? - SİYAHI

Oxunma sayı: 271
21-01-2022, 18:57

Eldar Həsənovun hansı əmlakları müsadirə olunacaq? - SİYAHI
Bu gün 10 il azadlıqdan məhrum edilən keçmiş səfir və sabiq baş prokuror Eldar Həsənovun əmlakları da müsadirə olunacaq.

Arasdırma.info xəbər verir ki, Eldar Həsənov barəsində cinayət işi başlananada və o işə təqsrilədirilən şəxs kimi cəlb ediləndə əmlaklarının da üzərinə həbs qoylmuşdu. Bu baxımdan, keçmiş səfirin əmlaklarının müsadirə olunacağı bəlli idi.

Sabiq baş prokurorun aşağıdakı əmlakları müsadirə olunacaq:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza;

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

Monteneqroda yerləşən mənzil.

Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.//qaynarinfo

Paylaş
Xəbər lentİ