Heydər Əliyev ili və Ədliyyəmiz…

Oxunma sayı: 129
16-02-2023, 01:28

Heydər  Əliyev  ili  və  Ədliyyəmiz…

Bildiyiniz kimi 2023-cü il Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq H.Əliyev ili elan edilmişdir.
Onun dövlət quruculuğundakı apardığı daxili və xarici siyasət Azərbaycan Respublikasının bütün sahələrində dərin iz buraxmışdır.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz fəaliyyəti hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, əziz və işıqlı xatirəsi əbədi ehtiramla və məhəbbət hissi ilə yad edilir.
Qeyd etmək lazımdır ki,müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin dövlətin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır.Həmin dövrdən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir.1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yarandı.1992-ci ildə hakimiyyətə qayıdan ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı.Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu.2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədov təyin edilmişdir.

Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş ilk milli Konstitusiyamızda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu. Ümummilli liderimizin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün 10-larla normativ sənədlər qəbul edildi.Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu.Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab ilham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.Ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında”, Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə məhkəmə tibb ekspertizasından başqa bütün növ ekspertizaların aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.İşə qəbulun şəffaf üsullarla həyata keçirilməsi məqsədilə 2004-cü ildən nazirliyin müxtəlif qurumlarına işə qəbul açıq müsabiqə əsasında keçirilməyə başlanmış və yaranmış müsbət təcrübə əsas götürülməklə ölkə başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə işə qəbulun yeni qaydaları müəyyən olunmuşdur. Hazırlıqlı hüquqşünaslar müsabiqədən keçərək artıq ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər və uğurlu fəaliyyət göstərirlər.Bu sahədə görülən tədbirlər sırasında ölkə Prezidentinin fərmanı ilə ədliyyə sahəsində çalışan çoxminli kollektivin və digər hüquqşünas kadrların tədrisinə xidmət edəcək yüksək statuslu tədris ocağının – Ədliyyə Akademiyasının təsis olunması xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri yaradılmışdır.“ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələridə fəaliyyət göstərir.

Böyük öndər Heydər Əliyevin işıqlı ideya və amallarına, siyasi irsinə daim sadiq olan müdrik Azərbaycan xalqı yüksək vətəndaş həmrəyliyi göstərərək bu il cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməklə öz şərəfli tarixində növbəti uğur və nailiyyətə imza atmış, ölkəmizin davamlı inkişafına təminat əldə etmişdir. Ötən ay milyonlarla soydaşımız böyük fərəh və iftixar hissi ilə ölkəmizdə azad, demokratik və şəffaf keçirilmiş seçkilərdə möhtərəm Prezidentimiz cənab ilham Əliyevin inamlı qələbəsini bayram etdi, hər birimiz Azərbaycanda digər demokratik ölkələr üçün örnək olan seçkilərin keçirilməsinin ən yüksək kürsülərdən etiraf olunmasından qürur duyduq. . Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır – ədliyyə sistemi həm də 100 illik yubileyini qeyd edir. Bir əsr ömür dəf edən Azərbaycan ədliyyəsinin zəngin və kəşməkəşli tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir. Mütəxəssislər cəlb edilməklə araşdırmalar aparılması və nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması bu işdə xüsusilə əhəmiyyətli olmuşdur.Bütün bunlar peşə bayramımıza əlavə bayram qatmışdır. Peşə bayramının və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunmuşdur.Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu gün bütün ədliyyə sistemində bayram ab-havası yaranır, Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur.
Ulu Öndərin yüksək ideallarına daim sadiq qalan ədliyyə işçiləri dekabrın 12-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə tər çiçəklər düzüb, sonsuz ehtiramlarını bildiriblər.
İnanırıq ki,Dahi Lider H.Əliyevin davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın Ədliyyə sistemini demokratik prinsiplər əsasında inkişaf etdirməkdə davam edəcək.


Sabunçu rayon Qeydiyyat Şöbəsinin rəisi Lətafət Hacıyeva

Paylaş
Xəbər lentİ