Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Oxunma sayı: 36
18-10-2024, 21:09

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Arasdırma.info qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Zaur Böyükağa oğlu Quliyev sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Rəfi Məhəmməd oğlu Ağayev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Paylaş
Xəbər lentİ