Bakı Metropoliteninin yeni rəisi Vüsal Aslanov təyin edildi
Arasdırma.info onun dosyesini təqdim edir :
Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.
Bakı Dövlət Universitetində "Hüquq" ixtisası üzrə təhsil alıb, mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi əldə edib. 2020-ci ildə "Maastricht School of Management"i bitirib.
2004–2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb.
2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
Vüsal Aslanov evlidir. Onun 3 övladı var.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70