Eyvazovdan plyonka ilə bağlı göstəriş - Sökülür

Oxunma sayı: 389
13-05-2020, 04:42

Eyvazovdan plyonka ilə bağlı göstəriş - Sökülür
Avtomobillərə vurulan plyonka ilə bağlı yeni problem ortaya çıxıb.

Arasdırma.info Avtosfer.az-a istinadən xəbər verir ki, bu günlərdə bütün şüşələri tünd plyonka ilə örtülmüş avtomobil Daxili İşlər Naziri Vilayət Eyvazovun qarşısına çıxıb. Hətta ön şüşəsinə belə plyonka vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib.

Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən ümumiyyətlə plyonkanı sökməsi ilə bağlı göstəriş verib.

Hazırda polislər şəxsi maşınlarından plyonkaları sökür.

Paylaş
Xəbər lentİ