Baş prokuror Namiq Məmmədovu işdən çıxartdı

Oxunma sayı: 422
17-05-2020, 02:18

Baş prokuror Namiq Məmmədovu işdən çıxartdı
Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.

Arasdırma.info BakuPost-a istinadən xəbər verir ki, bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Namiq Nəriman oğlu Məmmədov vəzifəsindən azad edilib.

Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

Qeyd edək ki, əvvəllər daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.

Paylaş
Xəbər lentİ