Musa Pənahov yüksək vəzifəyə təyin olundu

Oxunma sayı: 386
2-06-2020, 02:51

Musa Pənahov yüksək vəzifəyə təyin olundu
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinat olub.

Arasd;rma/info xəbər verir ki, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Musa Sədi oğlu Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb.

1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə rəis müavini vəzifəsində çalışıb.

2004-cı ildə Nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var

Paylaş
Xəbər lentİ