Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər

Oxunma sayı: 453
19-06-2020, 03:38

Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər
Jurnalistlər Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında iştirak edəcək.

Arasdırma.info xəbər verir ki,bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Jurnalistlərdən koronavirusa görə sabah parlamentdə olarkən xüsusilə ehtiyatla işləmək xahiş edilir:

"Milli Məclisə daxil olarkən KİV və media üçün ayrılmış zonada çalışarkən fiziki məsafə gözləməniz, tibbi maska və əlcəkdən istifadə etməyiniz vacibdir.

Hər birinizin plenar iclasa noutbukla gəlməyiniz mümkündür".

Paylaş
Xəbər lentİ