Kamran Əliyev İsmət Qayıbovun oğluna vəzifə verdi

Oxunma sayı: 535
25-06-2020, 16:58

Kamran Əliyev İsmət Qayıbovun oğluna vəzifə verdi
Baş prokuror Kamran Əliyev kadr islahatları ilə bağlı yeni əmr imzalayıb.



Arasd;rma/info Anews.az-a istinad'n verdiyi xəbərə görə, K. Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.



Qeyd edək ki, İ. Qayıbov Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovun oğludur. O, 1991-ci il noyabrın 20-də Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Paylaş
Xəbər lentİ