Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.
Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib.
Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
7. Bəylər Eyyubov – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi
8. Namiq Abbasov – Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri
9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri
10. Eldar Mahmudov – sabiq Milli Təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)
16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri
17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri
18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini
19. Vilayət Eyvazov – Daxili İşlər naziri
20. Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri /“Qafqazinfo”/
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70