Deputat Elnur Allahverdiyev gömrük qərarına etirazını bildirdi.

Oxunma sayı: 482
24-08-2020, 21:11

Deputat Elnur Allahverdiyev gömrük qərarına etirazını bildirdi.
Deputat Elnur Allahverdiyev Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini bildirib:

“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır.

Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.

Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır.”

Paylaş
Xəbər lentİ