Şahnazarovdan ŞOK ETİRAF: "Əliyev bütün Cənubi Qafqazın lideridir" - VİDEO

Oxunma sayı: 308
19-11-2020, 01:51

Şahnazarovdan ŞOK ETİRAF: "Əliyev bütün Cənubi Qafqazın lideridir" - VİDEO
"Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib".

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın xalq artisti, "Mosfilm"in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir. Karen Şahnazarovun fərz etdiyi kimi, bu məqsədə çatmaq üçün onun həm pulu, həm resursları, həm də indi hərbi imkanları var.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, - deyə rejissor vurğulayıb.

Paylaş
Xəbər lentİ