Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi - FOTOLAR

Oxunma sayı: 339
21-02-2021, 00:29

Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi - FOTOLAR
Xankəndidə yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə “milli azadlıq hərakatlarının” ildönümünü qeyd ediblər.

Arasdırma.info Qazet.az-a istinadən xəbər verir ki, separatçılar Xankəndidəki İntibah Meydanına yürüş ediblər. Yürüşdə iştirak edən yüzlərlə erməni əllərində qondarma “arsax” bayraqları və güllər tutublar. Yürüşün sonunda müharibədə həlak olan separatçıların məzarları ziyarət edilib.

Yürüşün əsas şüarı “arsaxın gələcəyi” və “birlik” olub. 33 illik ildönümdə qondarma “dqr” rəsmiləri də iştirak edib. Yürüşə Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu Araik Arutunyan da qoşulub. Tədbirdə paylaşılan fotolarda qondarma “dqr” bayraqlarının Xankəndi küçələrini “bəzədiyi” nəzərə çarpır.
Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi - FOTOLAR
Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi - FOTOLAR
Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi - FOTOLAR

Paylaş
Xəbər lentİ