Ermənistan prezidenti 17 noyabrda Bakıda olub? – AÇIQLAMA

Oxunma sayı: 297
9-03-2021, 19:09

Ermənistan prezidenti 17 noyabrda Bakıda olub? – AÇIQLAMA
Ermənistan mətbuatı prezident Armen Sarkisyanın 17 noyabr 2020-ci ildə Bakıya səfər etdiyini iddia edib.
Arasdırma.info “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Ermənistanın prezident administrasiyası məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Armen Sarkisyanın 17 noyabr 2020-ci ildə Bakıya səfər etməsi məlumatı doğru deyil:
"Bəzi KİV-lər Armen Sarkisyanın 17 Noyabr 2020-ci ildə Bakıda olduğunu yazıblar. Bu yalan və dezinformasiyadır. Prezident Sarkisyan heç vaxt Bakıda olmayıb”.
Qeyd edək ki, bu barədə məlumatı Ermənistanın "İravunk" qəzeti yayıb. //yeniavaz

Paylaş
Xəbər lentİ