Ermənilər Qırmızı Bazarı boşaldır? – Açıqlama

Oxunma sayı: 307
13-03-2021, 20:06

Ermənilər Qırmızı Bazarı boşaldır? – Açıqlama
Qırmızı Bazar qəsəbəsinin Azərbaycan Ordusunun nəzarəti altına verilməsi barədə yayılan xəbərlər təkzib olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qəsəbənin boşaldılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, daha öncə Ermənistanın “Politik.am” saytı Qırmızı Bazar qəsəbəsinin boşaldıldığı barədə məlumat yaymış, prosesin Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov, baş separatçı-terrorçu Araik Arutyunyan və Ermənistan Milli Təhlükəsizlik Xidməti nümayəndəsinin iştirakı ilə baş tutduğunu yazmışdı. İddia edilirdi ki, Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan ordusuna təhvil verilməsinə hazırlıq gedir, sonrakı prosesdə isə qəsəbənin tamamilə boşaldılacağı və azərbaycanlı köçkünlərin bura yerləşdiriləcəyi bildirilmişdi.//axar.az

Paylaş
Xəbər lentİ