Azərbaycanda kimlər qanunla yoxsul hesab olunur? (ŞƏRH)

Oxunma sayı: 270
10-10-2022, 17:50

Azərbaycanda kimlər qanunla yoxsul hesab olunur? (ŞƏRH)
"Hesab edirəm ki, Azərbaycanda adam başına aylıq 500 manat gəliri olmayan şəxslər yoxsul hesab olunur”.

Arasdırma.info xəbər verir ki,bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov aylıq gəliri 204 manat 70 qəpik olan şəxslərin yoxsul hesab olunması ilə bağlı statistikdan danışarkən deyib. Ekspertin sözlərinə görə, statistikaya əsasən, aylıq gəliri göstəricidən yuxarı olan şəxslər yoxsul hesab olunmur:

"Gəliri 204 manatdan azdırsa, yoxsul sayılırlar. Burada sual doğuran başqa məqam var, yəni yoxsulluq səviyyəsinin həddinin özü. Deyəcəklər ki, aylıq 204 manatdan yuxarı gəliri olanlar yoxsul deyil? Aylıq gəliri 300 manat olan şəxslər də yoxsuldur. Bu, indiki göstəricidir, amma 10 il bundan əvvəl - 2012-ci ildə yoxsulluq səviyyəsi 120 manat idi, ondan 10 əvvəl - 2001-ci ildə isə 24 manat olub. O vaxtlar pulun dəyəri vardı, inflyasiya da yox idi. Bu gün inflyasiya var və artmaqda davam edir. Bu göstəricilər nisbidir. İnkişaf etmiş Avropa ölkələrinə, Amerikaya baxaq, həmin ölkələrdə bu göstəricilər daha yüksəkdir. Bu, həm də ölkənin varlı olmasından asılıdır. Məsələn, Avropada illik yoxsulluq dərəcəsi hardasa 15 min avrodur. Bunu da 12 aya böləndə 1250 avro düşür, bizim pulla 2 min 125 manat gəliri olanlar Avropada yoxsul sayılır. İndi bizim məmurlar deyə bilər ki, Avropada kommunal xidmətlər bahadır, amma yenə də gəlirləri ilə müqayisədə qiymətlər baha deyil”.
Azərbaycanda kimlər qanunla yoxsul hesab olunur? (ŞƏRH)
Əkrəm Həsənov deyir ki, ailədə adam başına hər kəs ən azı 500 manat almalıdır: "Məsələn, 4 nəfərlik bir ailəyə aylıq ən azı 2 min manat gəlir gəlməlidir. Bu yoxdursa, həmin ailələr yoxsuldurlar. 200 manat nədir axı, kimsə xəstələnəndə həmin pul dərman, uşaqların məktəb ləvazimatlarına belə çatmır”.

Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9% olub. Bu ilin əvvəlində ölkə əhalisinin sayı 10 milyon 156,4 min nəfər olub. Belə olan halda, Azərbaycanda 599 min 228 nəfər yoxsulluq həddində yaşayır.

Azərbaycanda yoxsulluq həddi 204 manat 70 qəpikdir. Aylıq gəliri bu məbləğdən aşağı olanlar yoxsul hesab olunurlar.

Paylaş
Xəbər lentİ