190 manatın veriləcəyi tarix açıqlandı

Oxunma sayı: 543
3-07-2020, 22:36

190 manatın veriləcəyi tarix açıqlandı
Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların iyun ayı üçün 190 manat birdəfəlik ödənişlərinin yaxın 2-3 gündə verilməsinə başlanacaq.

Arasdırma.info xəbər verir ki,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, yoluxma riskinin minimuma endirilməsi üçün ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

"Həmçinin, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki qeydiyyatında olanlar üçün də 190 manatlıq birdəfəlik yardımların verilməsi müzakirə edilir. Yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq"

Paylaş
Xəbər lentİ