Şamaxinka deyilən yerdə bəzi obyektlər söküb yolu genişləndirilir.Park da olacaq.

Oxunma sayı: 1 046
1-01-2021, 10:46

Şamaxinka deyilən yerdə bəzi obyektlər söküb yolu genişləndirilir.Park da olacaq.
Bakıda yol genişləndirilməsi səbəbindən Yasamal rayonu ərazisində yerləşən bəzi obyektlər sökülür. Trend xəbər verir ki, söhbət Yasamal rayonu 20 Yanvar küçəsindən gedir. Ərazidə fəaliyyət göstərən sahibkarların verdiyi məlumata görə, artıq bir neçə obyekt sökülüb, əvəzində isə onların sahiblərinə kompensasiya verilib. Sözügedən ərazidə yeni park da salınır. Yol genişləndikdən sonra 20 Yanvar küçəsinin girişində həmin parka gələn insanlar üçün avtomobil dayanacağı da inşa ediləcək.
Qeyd edək ki, 20 Yanvar küçəsi Moskva prospekti ilə kəsişir. Bakının şimal girişi olan Moskva prospektinin ətrafında da bəzi abadlıq işləri görülür.Burada gözəl bir park da olacaq.

Arasdırma.info xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni istirahət parkının layihə-smeta sənədlərinin hazırlanması xidmətini alır. İstirahət parkı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 və 75A nömrəli binaların arxasında (Cəfər Cabbarlı kinostudiyasının arxası) istifadəsiz 4 hektar ərazidə salınacaq.Hazırda tamamlanma işləri gedir.
Şamaxinka deyilən yerdə bəzi obyektlər söküb yolu genişləndirilir.Park da olacaq.

Paylaş
Xəbər lentİ