"Təbii gözəlliyi Allah verməyibsə bir qadına, ömrünün sonuna kimi ildırım vurmuş qaşqaldaq kimimi qalmalıdı?"

Oxunma sayı: 360
9-01-2021, 20:28

"Təbii gözəlliyi Allah verməyibsə bir qadına, ömrünün sonuna kimi ildırım vurmuş qaşqaldaq kimimi qalmalıdı?"
Əvvəla onu qeyd edim ki, heç bir plastik əməliyyata və estetik prosedurlara qarşı deyiləm. Ehtiyac varsa imkan əl verirsə niyə də gözəlləşməysən? Könül Kərimova gəncliyindən çox gözəldir indi. Təbii gözəlliyi Allah verməyibsə bir qadına ömrünün sonuna kimi ildırım vurmuş qaşqaldaq kimimi qalmalıdı? Nədi-nədi desinlər filankəs təbiidir. Allah kəssin soldakı təbiiliyi.. Könül xanım indi daha gözəldi. Amma bir mənfisi var ki, boynuna almır. Anam niyə almırsan boynuna burda kompleks etməyin nə mənası var? Allahın əsirgədiyini cərrahlar verib sənə niyə əməllərini danırsan? Hər şey cəhənnəm 21 cı əsrdə yaşayırıq keçmiş fotonu tapmaq uzun vaxt aparmır.

Redaksiyanın qeydi: Bu gün əməkdar artist Könül Kərimova onun yeni görünüşünü məsxərəyə qoyan bəzi sosial şəbəkə istifadəçilərinə qarğış dolu ismarış göndərmişdi:

"Yalansa, Allah bəlanızı versin. Allah parik taxmağı özünüzə qismət eləsin. Sünu saça möhtac qalasınız. Sizin üzünüzdəki sünilik qədərdir üzüm. Botoks etdirən özünüzsünüz. Yaşınızdan utanın. Sizin nə işiniz var burada? Bir güzgüyə bax gör nə gündəsən? Sənə baxanda adamın iştahı kəsilir" .//moderator

Paylaş
Xəbər lentİ