Mingəçevir şəhər Təhsil Sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir komitəsinin təşəbbüsü ilə çalışmanın yaş həddinə çatan müəllimlərlə görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin məsləhətçisi Rüstəm Aslanov, Mingəçevir Təhsil Sektorunun müdiri Sevinc Həsənova, çalışmanın yaş həddinə çatmış 49 nəfər müəllim və məktəb direktorları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən təhsil sektorunun müdiri Sevinc Həsənova, Aran Regional Təhsil İdarəsinin məsləhətçisi Rüstəm Aslanov, ATİAHİ-nın Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova çalışmanın yaş həddinə çatan müəlimləri təbrik edib və uzun illər Mingəçevir təhsilinin inkişafı istiqamətində və şagirdlərimizin şəxsiyyət kimi formalaşmasında göstərdikləri xidmətlərinə görə müəllimlərə öz təşəkkürünü bildirib, ən xoş arzularını çatdırıblar.
Həmçinin görüşdə müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində və gənclərin formalaşmasındakı rolundan bəhs edilib.
Sonda ATİAHİ-nın Mingəçevir Komitəsi tərəfindən çalışmanın yaş həddinə çatan müəllimlər fəxri fərman və güldəstəsi ilə təltif olunublar.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70