Bakıda karantin rejimini pozan vəkil həbs edildi

Oxunma sayı: 426
27-07-2020, 19:24

Bakıda karantin rejimini pozan vəkil həbs edildi
Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Paylaş
Xəbər lentİ