“ASAN xidmət” və “ASAN Kommunal” 4 gün işləməyəcək

Oxunma sayı: 555
30-07-2020, 14:52

“ASAN xidmət” və “ASAN Kommunal” 4 gün işləməyəcək
“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək.31 iyul - 3 avqust tarixində Qurban bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"ASAN xidmət"dən Trend-ə verilən məlumata görə, 4 avqust tarixindən etibarən vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Paylaş
Xəbər lentİ