İceland şirkətində bədbəxt hadisə

Oxunma sayı: 788
8-08-2020, 07:32

İceland şirkətində bədbəxt hadisə
Bildiyiniz kimi bir neçə vaxt öncəİseland şirkətində bədbəxt hadisə baş vermiş və işçi liftin şaxtasına düşərək ağır xəsarət almışdı.
Şikayətçinin dediyinə görə Camal LTD İceland dondurma şirkətinin rəhbəri Adil Məmmədovun işçilərinə qarşı səhlənkarlıqla yanaşır və zərərçəkənə qanunla nəzərdə tutulmuş kompensasiyanı ödəmir.
Arasdırma.info xəbər verir ki,"Azerifakt.tv"-ə daxil olan məlumatda bildirilir:
1995-ci il təvəllüdlü Rəhimov Mahmud Samit oğlu Sulutəpə dairəsində yerləşən Camal LTD İceland dondurma şirkətində çalışır.
07.05.2020-ci il tarixdə iş zamanı ehtiyyatsızlıq zəmnində liftə minmək istəyərkən liftin şaxtasına yıöılıb və nəticədə onurğa sümüyündə 5 fəqərə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Camal LTD iceland dondurma şirkətinin rəhbəri Adil Məmmədov bütün xərcləri sağalana qədər üzərinə götürdüyünü bildirib.
2 ay minnətlə 400 azn əmək haqqı alıb. İşçi Mahmud Rəhimov xəsarət aldığınının 11-ci günü əmək müqaviləsi ləğv olunub. Bu isə əmək məcəlləsinin kobud şəkildə pozulmasıdır.Bundan əlavə, xəsarət almış İşçinin heç bir sığortası ödənilməyib.
Əmək məcəlləsi 2 maddəsində deyilir:
2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
Hal hazırda xəsarət alan xəstə işçinin dərman almağa belə pulu yoxdur. Sahibkarın məsuliyyətsizliyi nəticəsində işçi onurğa sümüyünün 5 fəqərəsinin sınması nəticəsində əziyyət çəkir.
Məsələni aidiyyatı qurumlar qarşısında qaldırmağı planlaşdırırıq.Ümid edirik ki,sahibkar Adil Məmmədov zərərçəkən işçini razı salacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İceland şirkətində bədbəxt hadisə

Paylaş
Xəbər lentİ