Müdafiə nazirinin sabiq müavini vəfat etdi - Yeniləndi

Oxunma sayı: 629
9-08-2020, 10:36

Müdafiə nazirinin sabiq müavini vəfat etdi - Yeniləndi
Müdafiə Nazirliyi general-leytenant Çingiz Məmmədiovun vəfatı ilə bağlı nekroloq yayıb.

Arasdırma.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığıda deyilir:

Azərbaycan Ordusuna ağır itki üz verib. Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.
Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.
1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.
1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.
Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Teleqraf.com

Paylaş
Xəbər lentİ