Arasdirma.info

İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadının yaxınları axtarılır

11-08-2020, 19:12

İtkin düşdüyü ehtimal edilən əqli qüsurlu qadının yaxınları axtarılır
Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.



Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.//Cahantv.az

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN