Arvadının qardaşı qızı ilə sevgili olan futbolçudan açıqlama - FOTOLAR

Oxunma sayı: 371
10-09-2020, 22:54

Arvadının qardaşı qızı ilə sevgili olan futbolçudan açıqlama - FOTOLAR
Ötən ilə Çinin "Şanxay SİPG" klubunda çıxış edən Halkla bağlı şok xəbər yayılıbmişdi. Həmin xəbərdə bildirilirdi ki, braziliyalı ulduz boşandığı həyat yoldaşı İran Angelo de Souzanın qardaşı qızı Kamila ilə sevgilidi.

Arvadının qardaşı qızı ilə sevgili olan futbolçudan açıqlama - FOTOLAR
Kamila Angelo - Halk

Halk və İran ötən ilin avqustunda 12 illik evliliklərinə son qoyublar. Onların bu nigahdan İan, Xames və Alise adlı 3 övladı var. Braziliya mətbuatında yer alan xəbərlərə görə, Halk və Kamilanın yaxınları da onların münasibətlərini etiraf edib. Onların sözlərinə görə, Kamilanın ailəsinə zəng edərək münasibətlərini açıqlayıb.


İran Angelo - Kamila Angelo
Arvadının qardaşı qızı ilə sevgili olan futbolçudan açıqlama - FOTOLAR
Camila Halkın keçmiş həyat yoldaşının ən sevimli qohumu olub. Onların münasibətləri Halk və İran evli olduğu vaxt başlayıb.
Arvadının qardaşı qızı ilə sevgili olan futbolçudan açıqlama - FOTOLAR
Fanat.Az xəbər verir ki, Halk evli olduğu vaxt həyat yoldaşının qardaşı qızı ilə sevgili olması barədə iddialara bu günlərdə münasibət bildirib. Braziliyalı futbolçu bu iddiaları təkzib edib. Həyat yoldaşının bununla bağlı ittihamlarına cavab verən Halk "Instagram" hesabında yaydığı açıqlamada evli olduğu vaxt Kamila ilə sevgili olmadığını və münasibətlərinin boşandıqdan sonra başladığını bildirib: "Mən də bir insanam. Evliliyimdə özümü xoşbəxt hiss etmirdim".

Paylaş
Xəbər lentİ