Arasdirma.info

Gizir olduğu deyilən qadınla bağlı MN-dən AÇIQLAMA

14-09-2020, 05:05

Gizir olduğu deyilən qadınla bağlı MN-dən AÇIQLAMA
Xaricdə yaşayan bloqer Həbib Müntəzir feysbuk səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

Arasdırma.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Qafqazinfo-nun sorğusuna cavab verib: “Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.//yeniavaz
Gizir olduğu deyilən qadınla bağlı MN-dən AÇIQLAMA

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN